IMG-LOGO

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Masallıda

16 Sep 2026 12:45 2 baxış
IMG
4 0

Masallıda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb.

Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarla yazışarkən arvadı Zeynəb (şərti adla) onu güdüb və ərinin xəyanətini aşkar edib. Cütlük yaşadıqları evə gedib və aralarında qısqanclıq səbəbilə mübahisə yaranıb.

Mübahisə zamanı Elbrus yumruq və təpik zərbələri ilə arvadının bədənini müxtəlif nahiyələrinə vuraraq, xəsarət yetirib.

Zərərçəkənin şikayəti əsasında o saxlanılıb və barəsində cinayət işi açılıb.

Elbrus Dadaşov ifadəsində əməlindən peşman olduğunu və ilk dəfədir ki, cinayət törətdiyini deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Zərərçəkən Zeynəb Dadaşova isə əri ilə barışmadığını bildirərək, onun barəsində qanuna uyğun cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Elbrus Dadaşov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilib.

Hadisələr kriminal xəbərlər məhkəmə işləri cinayət işləri arvadını döydü

Mənbə: lent.az

Xəbər lenti