Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkən İsmayıl Məmmədova özünü falçı kimi təqdim edib külli miqdarda pulunu ələ keçirərək, dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əlizadəyə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən Şərəf Əlizadənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Şərəf Əlizadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Şərəf Əlizadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayına kimi müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımı onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına, Məmmədovu yüksək məvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə İsmayıl Məmmədova ümumilikdə 302.894 (üç yüz iki min səkkiz yüz doxsan dörd) manat 88 qəpik külli miqdarda maddi ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əlizadə Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisələr kriminal hadisələr kriminal xəbərlər məhkəmə işləri məhkəmə qərarları cinayət işləri dələduzluq falçı cadugarMənbə: lent.az