IMG-LOGO

Qazaxda toqquşan maşınlar qadını vurub öldürdü

13 Jun 2024 09:22 125 baxış
IMG

Qazaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. M. Mahmudovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə İ. Musayevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Bu zaman hər iki avtomobil piyada Ş. Mustafayevanı vurub.

Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti