IMG-LOGO

Cəlilabadda AĞIR QƏZA: "Ford" və "Jiquli" toqquşdu-FOTO

13 Jun 2024 02:05 158 baxış
IMG

Cəlilabadda baş verən qəzada xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt- Astara magistralının 138-ci kilometrliyində, Cəlilabad rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford"markalı avtomobillə "VAZ-2106" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-da olan 3 nəfər agır bədən xəsarətləri alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzada hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti