IMG-LOGO

Bakının bu ərazilərində qaz kəsiləcək

12 Jun 2024 10:32 144 baxış
IMG

Bu gün Bakının Qaradağ rayonunun 3 yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qobustan" qazpaylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, "Ələt" QPS-dən qidalanan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması ilə əlaqədar iyunun 12-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: lent.az

Xəbər lenti