IMG-LOGO

“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması

07 Sep 2026 12:49 2 baxış
IMG
3 0

Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib.

“Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin”, - o bildirib.

Sənətçinin son görüntülərində bahalı zinət əşyası da diqqətdən yayınmayıb. Onun barmağındakı üzüyün təxminən 12 karat olduğu bildirilir. Çəhrayı sapfir və brilyantdan hazırlandığı ehtimal edilən üzük də Ersoyun yeni görüntüləri ilə birlikdə marağa səbəb olub.

Qeyd edək ki, Bülent Ersoy bir müddət əvvəl Kuşadasında verdiyi konsertdə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Səhnəyə təxminən bir saat yarım gec çıxan sənətçiyə tamaşaçılardan biri “Saatın neçə olduğunun fərqindəsiniz?” deyə irad bildirib. Ersoy isə buna sərt reaksiya verib və həmin şəxsin konsert məkanından çıxarılmasını istəyib.

Daha sonra hadisəyə münasibət bildirən müğənni səhhətində yaranan problem səbəbindən sistem köçürüldüyünü və buna görə konsertə gecikdiyini açıqlayıb.

Bülent Ersoy müğənni Türkiyə estetik maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti