IMG-LOGO

“Liverpul” 18 yaşlı hücumçunu aldı

04 Sep 2026 16:05 4 baxış
IMG
2 0

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin “Liverpul” klubu ilə müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, “Liverpul” “Sent-Etyen”in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanvar ayında daimi əsaslarla rəsmi şəkildə İngiltərə klubuna qoşulacaq. 18 yaşlı futbolçu 2026/2027 mövsümünün qalan hissəsini isə Liqa 1-də çıxış edən “Brest” klubunda icarə əsasında keçirəcək.

Ngessan “Sent-Etyen” akademiyasının yetirməsidir. O, əsas komandada 13 oyuna çıxıb və bir qol vurub. Futbolçu əsas komandada debütünü 2025-ci ilin yanvarında edib.

Gənc hücumçu beynəlxalq səviyyədə də Fransa millisinin heyətində çıxış edib. O, 2025-ci ildə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatında Fransa millisinin heyətində 7 oyuna çıxıb. Komanda turniri dördüncü pillədə başa vurub.

Bundan başqa, Ngessan ötən yay 17 yaşadək futbolçular arasında Avropa çempionatında 4 qol vurub və turnirin rəmzi komandasına daxil edilib.

İdman xəbərləri futbol transfer

Mənbə: lent.az

Xəbər lenti