IMG-LOGO

Mbappeni oğurlamaq istəyən gənc saxlanıldı

02 Sep 2026 19:49 2 baxış
IMG
2 0

Fransada Madrid “Real”ının hücumçusu Kilian Mbappeyə hücum və onun oğurlanmasını planlaşdıran 18 yaşlı şəxs saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, saxlanılan şəxsin əlbir olduğu şəxslər də olub və onların bir neçə məşhur şəxsi oğurlamağı planlaşdırdıqları bildirilir.

Kilian Mbappe 2024-cü ilin yayından Madrid “Real”ında çıxış edir. Hücumçu “Monako”nun yetirməsidir. O, 2017–2024-cü illərdə PSJ-nin formasını geyinib.

Mbappe “Real”ın heyətində UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Fransa millisinin heyətində isə 2018-ci ildə dünya çempionu olub.

İdman xəbərləri futbol Mbappe

Mənbə: lent.az

Xəbər lenti