IMG-LOGO

Kosmosa uçan ilk jurnalist vəfat etdi

01 Sep 2026 12:50 3 baxış
IMG
3 0

Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb.

1990-cı ildə TBS-də jurnalist kimi çalışan Akiyama Sovet İttifaqının “Mir” orbital stansiyasının ekipajına daxil olub. İlk Sovet-Yaponiya kosmik uçuşunun təşəbbüskarı məhz TBS telekanalı olub. Akiyama 1989-cu ilin oktyabrından etibarən Ulduz şəhərciyindəki Yuri Qaqarin adına Kosmonavtların Hazırlığı Mərkəzində təlim keçib.

Orbitdə olduğu müddətdə Akiyama canlı reportajlar hazırlayıb, məktəblilər üçün dərslər keçirib və bioloji eksperimentlər aparıb.

Yerə qayıtdıqdan sonra o, TBS-də rəhbər vəzifələrdə çalışıb, daha sonra isə Kioto Universitetində dərs deyib.

dünyadan xəbərlər kosmos kosmonavt jurnalist ölüm

Mənbə: lent.az

Xəbər lenti