IMG-LOGO

Bakının bu rayonunda qaz olmayacaq

01 Sep 2026 09:31 2 baxış
IMG
0 0

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahənin, M. İbrahimov, Turgenev, Ş. Əzizbəyov, Aydınlıq, X. Vəliyev, Vaqif, Nizami, Vidadi, N. Nərimanov, R. Axundov, Ə. Məmmədov küçələrinin, Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

qaz Azəriqaz Sabunçu Bakıda qaz kəsiləcək

Mənbə: lent.az

Xəbər lenti