IMG-LOGO

Cem Yılmazdan xəbər var: "Sağ olun, dostlar, yaxşıyam"

01 Sep 2026 02:41 5 baxış
IMG
2 0

Məşhur türkiyəli komediya ustası Cem Yılmaz xəstəxanadan evə buraxılıb.

Lent.az xəbər verir ki, o, avqustun 29-da Çanaqqalanın Ayvacık rayonundakı evində sinə ağrısı səbəbilə xəstəxanaya çatdırılıb və burada angioqrafiya olunub.

Həkimlər onun biləyindən təxminən 40 dəqiqəlik əməliyyatla balon və stent tətbiq ediblər.

Bir neçə gün nəzarətdə saxlanılan Cem Yılmaz müalicəsinin ardından evə buraxılıb və sosial şəbəkədə “Sağ olun, dostlar, yaxşıyam” mesajını paylaşıb.

Cem Yılmaz

Mənbə: lent.az

Xəbər lenti