IMG-LOGO

Özcan Denizdən kişilərə: “Əylənmək bir müalicə formasıdır”

31 Aug 2026 10:31 4 baxış
IMG
0 0

Türkiyəli məşhur müğənni Özcan Deniz Şimali Kipr Türk Respublikasında (ŞKTR) verdiyi konsert zamanı maraqlı açıqlaması ilə diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi konsert zalındakı kişi tamaşaçılara zarafatla səslənərək onları özlərini sıxmamağa və əylənməyə çağırıb.

Özcan Deniz kişilərə rahat olmalarını tövsiyə edib:

“Rahatlayın, özünüzü sərbəst buraxın. Gecənin sonunda ‘Bu gün çox əfəndi idin’ deyə heç kim sizi mükafatlandırmayacaq”.

Müğənni əylənməyin insanın ruh halına müsbət təsir etdiyini də özünəməxsus şəkildə ifadə edib.

“Əylənmək bir müalicə formasıdır. Bu gecəni sağlamlığınıza qoyulan sərmayə kimi düşünün və zövqünü çıxarın”, - Özcan Deniz bildirib.

Sənətçinin konsert zamanı səsləndirdiyi bu fikirlər diqqət çəkib.

 

Özcan Deniz Özcan Deniz konserti Özcan Deniz açıqlama Özcan Deniz son xəbər Türkiyə məşhurları türk müğənniləri konsert musiqi maqazin şou-biznes məşhurlar əyləncə ŞKTR Kipr Türkiyə maqazin xəbərləri Lent.az

Mənbə: lent.az

Xəbər lenti