Xalq artisti Şükufə Yusupovanın son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir:
"1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".
Xatırladaq ki, avqustun 22-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib. Aktrisaya çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.
Xalq artisti Şükufə Yusupova son durumuMənbə: lent.az