IMG-LOGO

5 yaşlı sürücü yaşlı qadını vurdu

04 Jun 2024 13:21 243 baxış
IMG

Rusiyanın Moskva şəhərində Vorontsovski parkında beş yaşlı uşaq avtomobillə pensiyaçını vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, uşağın avtomobili ilə "qəza" nəticəsində qadının bir neçə barmağı sınıb və başı yerə çırpılıb.

Bildirilir ki, qadın və qızı parkda gəzərkən uşaq maşınla ona çırpılıb. Zərbə onun yerə yıxılmasına səbəb olub. Hadisə yerinə çağırılan tibb işçiləri qadına ilkin tibbi yardım göstərib və müayinə üçün xəstəxanaya aparıblar. Təqaüdçünün həyatı üçün təhlükə yoxdur.

Mənbə: lent.az

Xəbər lenti