IMG-LOGO

Ukraynadakı müharibədə ölən mülki şəxslərin sayı açıqlanıb

25 Feb 2026 06:17 3 baxış
IMG

Rusiya-Ukrayna müharibəsindən dörd il keçməsinə baxmayaraq, bu, kollektiv vicdanımızda ləkə olaraq qalır.

"Report" xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümü münasibətilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında bunu bildirib və dərhal atəşkəs çağırışını təkrarlayıb.

Quterreş ABŞ-ın və digər ölkələrin müharibəyə son qoymaq səyləri barədə danışıb, lakin gərginliyin azaldılması və diplomatiya üçün yer yaradılması üçün konkret tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb.

Müharibədən danışan Quterreş bildirib: "Beynəlxalq hüququn bu ciddi şəkildə pozulmasının kaskad nəticələrinin şahidi olduq".

Onun sözlərinə görə, Ukraynada müharibənin başlanğıcından bəri 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb. Ölən və yaralananlar arasında 3200 uşaq var.

Quterreşin bəyanatını onun adından BMT-nin Sülh Quruculuğu üzrə Baş katibinin müavini Rozmari Dikarlo oxuyub.

Xəbər lenti