IMG-LOGO

“Fənərbaxça” 18 il sonra Çempionlar Liqasında mübarizə aparacaq

27 Aug 2026 01:04 3 baxış
IMG
0 0

Türkiyənin “Fənərbaxça” klubu 18 illik fasilədən sonra UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Lent.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın “Lion” klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib.

İlk görüşdə komandalar İstanbulda 1:1 hesablı heç-heçə etmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Fənərbaxça” 3:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

“Fənərbaxça” sonuncu dəfə 2008/09 mövsümündə turnirin əsas mərhələsində mübarizə aparıb.

Çempionlar Liqası Fənərbaxça

Mənbə: lent.az

Xəbər lenti