IMG-LOGO

Diktator Mussolininin nəticəsi "Latsio"da debüt etdi

26 Aug 2026 09:23 2 baxış
IMG
0 0

İtaliyanın keçmiş lideri (1925-1945-ci illər), diktator Benito Mussolininin nəticəsi “Latsio” və A Seriyasında debüt edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 23 yaşlı müdafiəçi Romano Floriani Mussolini İtaliya çempionatının “Bolonya” ilə oyununun ilk turunda 19-cu dəqiqədə əvəzedici kimi meydana çıxıb. “Latsio” 1:0 hesabı ilə qalib gəlib.

Oyun, 100 il əvvəl Benito Mussolininin şəxsən açdığı Bolonyadakı “Renato Dall'Ara” stadionunda baş tutub.

Benito Mussolini “Latsio”nun azarkeşi olub.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti