“Bavariya”da birlikdə çıxış etmiş futbolçular Tomas Müller, Yann Zommer, Mats Hummels və Lukas Ernandes Portuqaliyanın “Eştrela Amadora” klubunun ortaq sahiblərinə çevriliblər.
Lent.az xəbər verir ki, investisiya konsorsiumu klubun səhmlərinin 90 faizini təxminən 40 milyon avroya alıb. Müller, Zommer, Hummels və Ernandes “Eştrela Amadora”nın idarəçiliyində iştirak etməyi planlaşdırmırlar.
Konsorsiumun prezidenti vəzifəsinə təxminən 10 il “Bavariya”da futbolçularla iş üzrə fəaliyyət göstərmiş Yohannes Mosmanq təyin olunub.
“Eştrela Amadora”nın əvvəlki sahibi Paulo Lopu klubu 2020-ci ildə 71 min avroya alıb. Komanda 2023-cü ildən Portuqaliya çempionatının yüksək liqasında çıxış edir.
İdman xəbərləri futbolMənbə: lent.az