IMG-LOGO

Güclü leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

13 Aug 2026 15:06 4 baxış
IMG
0 0

Qeyri-sabit hava avqustun 17-nə qədər davam edəcək.

Lent.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Hava proqnozu qeyri-sabit hava

Mənbə: lent.az

Xəbər lenti