Türkiyənin məşhur aktrisası Bergüzar Korel verdiyi kilolar və dəyişən görünüşü ilə yenidən diqqət mərkəzinə düşüb. İstirahətə yollanan sənətçi çimərlik fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dörd ay ərzində 20 kilo arıqlayan aktrisa çimərlik geyimində kamera qarşısına keçərək formada olan bədən quruluşunu nümayiş etdirib. Korelin yeni görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub.
Son vaxtlar həm brendlərdən, həm də prodüserlərdən çoxsaylı təkliflər aldığı bildirilən Bergüzar Korel yeni mövsüm üçün ona təqdim olunan serial layihəsini dəyərləndirir. Aktrisa iş təklifləri ilə bağlı yekun qərar verməzdən əvvəl ailəsi ilə istirahət edir.
“Ciddi qidalanma pozuntum var idi”
Korelin sürətlə arıqlaması müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Aktrisa daha əvvəl kilo vermə prosesi barədə danışaraq ciddi qidalanma problemi yaşadığını etiraf edib.
“Çox yemək yeyirdim. Sonradan bunun emosional qidalanma pozuntusu olduğunu anladım. Ardıcıl iki övladımın dünyaya gəldiyi dövrdə 25-30 kilo aldım. Daha sonra həmin kiloları verdim, yenidən geri aldım”, – aktrisa bildirib.
O, yeni görünüşünün bu qədər diqqət çəkməsini intensiv idmanla əlaqələndirib. Korel arıqlamaq üçün əsas diqqəti sağlam qidalanmaya və müntəzəm fiziki fəaliyyətə yönəltdiyini vurğulayıb.
Məşhur aktrisanın istirahət fotoları pərəstişkarları tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Bergüzar Korel arıqlayan məşhurlar 20 kilo arıqladı çimərlik fotoları Türkiyə məşhurları aktrisa istirahət emosional qidalanma idman maqazin xəbərləri





Mənbə: lent.az