Yevlaxda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, hadisə Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Yevlax tayonunun Salahlı kəndindən keçən hissəsində baş verib.
Beləki, Aqşin Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobil toqquşub.
Nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan sərnişin, sürücünün qardaşı Sabir Əli oğlu Hacıyev aldıqları xəsarətlərindən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudov xəsarət alıblar.
Qəzaya düşənlər qohumlar olub.
Faktı üzrə araşdırma aparılır.
HadisələrMənbə: lent.az