Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib.
Lent.az xəbər verir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərdə prostat xərçənginə tutulma riski ən az istehlak edənlərlə müqayisədə təxminən 29-30 faiz daha yüksək olub.
Alimlər bildirirlər ki, söhbət hazır yeməklər, qablaşdırılmış qəlyanaltılar, bəzi emal olunmuş ət məhsulları və digər yüksək dərəcədə emal edilmiş qidalardan gedir.
Araşdırmada yaş, siqaret çəkmə və digər amillər də nəzərə alınıb. Bununla belə, nəticələr səbəb-nəticə əlaqəsini sübut etmir və əlavə tədqiqatlara ehtiyac var.
xərçəng
Mənbə: lent.az