IMG-LOGO

Dövlət sərhədini pozan ərəblər SAXLANILDI

12 Aug 2026 12:36 2 baxış
IMG
2 0

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, hadisə “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 32 yaşlı Makhlouf Houari və 30 yaşlı Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Hadisələr sərhəd

Mənbə: lent.az

Xəbər lenti