IMG-LOGO

Lənkəranda meşədə meyiti tapılan qızla oğlan qohum olub - Oğlanın atası DANIŞDI - VİDEO

12 Aug 2026 11:56 2 baxış
IMG
16 1

Altı gün əvvəl şəhərə getmək adı ilə evdən çıxan 2 nəfərin - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəranın "İbadi" deyilən meşəlik ərazisində meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev APA TV-yə bildirib ki, oğlu anasının yanına getdiyini deyib:

"Zəng eləmişdim ona. Dedim, hardasan? Dedi, Lənkərana gedirəm. Soruşdum ki, nə məsələdir? Dedi, heç bir problem yoxdur, salamatlıqdır. Anam oradadır, mən də onun yanına gedirəm.

Bir gün keçdi, zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur, harasa gediblər. Dedilər ki, guya Bakıya gediblər, bir dəfə də Sumqayıta getdiklərini söylədilər. Nə qədər zəng etsəm də, telefonlarına zəng çatmadı.

Dünən mənə dedilər ki, rayona gedib uşaqların olmadığı barədə məlumat verim. Dünən gedə bilmədim, bu gün səhər gəldim. Evə təzə çatmışdım, xəbər gəldi ki, uşaqları tapıblar".

Qeyd edək ki, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olublar.

***

11 avqust, saat 17:27

Lənkəranda yaxın qohumların meyiti meşədə tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan 29 yaşlı Xəzər Vurğun oğlu Mirzəyev və 16 yaşlı Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun "İbadi" deyilən meşəlik ərazidə tapılıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisələr kriminal xəbərlər meyit

Mənbə: lent.az

Xəbər lenti