IMG-LOGO

Almaniyadan 37 nəfər Azərbaycan vətəndaşını "deport etdi"

12 Aug 2026 10:13 3 baxış
IMG
0 0

37 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Lent.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 11 avqust tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti