IMG-LOGO

Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib

06 Aug 2026 17:48 4 baxış
IMG

Almaniya məhkəməsi 2025-ci ilin fevralında Münxendə nümayiş iştirakçılarının üzərinə avtomobil sürərək onların ölümünə səbəb olmuş şəxs ömürlük həbs cəzasına məhkum edilib.

"Report" xəbər verir ki, bu barədə "Spiegel" yazır.

O, 2 qətl və 23 sui-qəsdə cəhddə, eləcə də digər cinayətlərdə təqsirli bilinib.

Məhkəmə cinayəti xüsusilə ağır hesab edib ki, bu da onun 15 ildən sonra vaxtından əvvəl şərti azadlığa buraxılma imkanını xeyli çətinləşdirir.

Qeyd edək ki, bundan əvvəl o, Münxendə avtomobili qəsdən nümayişçilərin üzərinə sürdüyünü etiraf edib.

Mənbə: report.az

Xəbər lenti