IMG-LOGO

"Europol" miqrantların qeyri-qanuni daşınmasında şübhəli bilinən suriyalıları saxlayıb

06 Aug 2026 16:43 6 baxış
IMG

"Europol" insanların qeyri-qanuni daşınmasını həyata keçirən Suriya şəbəkələrində iştirakda şübhəli bilinən üç nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Europol"un məlumatında bildirilib.

Əməliyyat "Europol"un koordinasiya etdiyi əməliyyat qrupu çərçivəsində Almaniya və Serbiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Müstəntiqlər 900-dən çox miqrantın Avropa İttifaqına qeyri-qanuni yolla keçirilməsini təşkil etdiyi hesab edilən bir-biri ilə əlaqəli iki Suriya qruplaşmasının üzvlərinə diqqət cəmləyiblər.

Almaniyada saxlanılan birinci şübhəli – 2024-cü ilin oktyabrından bəri beş fərqli reys zamanı azı 125 miqrantın qanunsuz daşınmasını təşkil etdiyi hesab edilən 26 yaşlı Suriya vətəndaşıdır.

Araşdırmalar zamanı "Europol" Mərkəzi Aralıq dənizi və Qərbi Balkanlardan keçən miqrasiya marşrutları boyunca eyni vaxtda fəaliyyət göstərən iki Suriya şəbəkəsini aşkar edib.

Müstəntiqlərin hesablamalarına görə, təkcə bu şəbəkə azı 875 min avro qeyri-qanuni gəlir əldə etmiş ola bilərdi.

Mənbə: report.az

Xəbər lenti