Ukrayna Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqları davam etdirmək üçün avqust ayında ABŞ nümayəndə heyətinin səfərini gözləyir.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Onun sözlərinə görə, amerikalı tərəfdaşların iştirakı ilə Rusiya ilə danışıqlar prosesi hazırda dayanıb.
"Biz ABŞ-nin danışıqlar komandasının gəlişini gözləyirik. ABŞ tərəfinin səylərini alqışlayır, dinamikanın artmasını və Ağ Evin prosesə daha fəal cəlb olunmasını istəyirik", - Sibiqa bildirib.
Mənbə: report.az