IMG-LOGO

Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək

06 Aug 2026 13:11 5 baxış
IMG
0 0

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Müavinətlərin isə bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

sosial xəbərlər pensiya təqaüd müavinət

Mənbə: lent.az

Xəbər lenti