IMG-LOGO

Təkbaşına səyahətlər niyə yeni trendə çevrilir?

06 Aug 2026 12:32 3 baxış
IMG
0 0

Getdikcə daha çox turist mütləq planlaşdırma azadlığı naminə şüurlu şəkildə solo-səyahətlərə üstünlük verir.

Əvvəllər tək səyahət edənlərə yüngül rəğbətlə yanaşırdılar: hesab olunurdu ki, insan tək səyahətə yalnız şirkətin (yoldaşın) olmaması səbəbindən gedir. Lakin bu gün vəziyyət kökündən dəyişib. Təkbaşına səyahətlər bütün dünyada milyonlarla insanın seçdiyi şüurlu bir trendə çevrilib.

Lent.az xarici mediaya istinadən turistlərin hansı səbəbdən solo səyahət etməyə üstünlük verdiklərini izah edir.

Azadlıq və mütləq nəzarət (32 faiz). Əsas üstünlük - başqalarının vərdişlərinə və həyat ritminə uyğunlaşmadan marşrutu yalnız öz maraqların ətrafında qurmaq imkanıdır.

• Bitməyən müzakirələrdən yorğunluq (30 faiz). Qrup çatlarında tarixləri, büdcəni və istiqaməti razılaşdırmaq cəhdləri çox vaxt aylarla uzanır və dalana dirənir. Təkbaşına səyahət bu stresi aradan qaldırır.

• Yeni kəşflərə və müstəqilliyə susuzluq (22 faiz). Bir çoxları üçün bu, konfor zonasından çıxmaq və öz üzərlərində yeni səyahət tərzi sınamaq üsuludur.

• Yeni tanışlıqlara açıqlıq (21 faiz). İnsan tək səyahət edərkən yerli sakinlər və digər turistlərlə ünsiyyət qat-qat asan və təbii şəkildə yaranır.

• Özünüdərk və yenidənqurma (20 faiz). Solo-səyahət gündəlik rutindən uzaqlaşmaq və tək qalmaq üçün ideal şərait yaradır.

travel turistlərin tək səyahətə üstünlük verməsinin səbəbləri

Mənbə: lent.az

Xəbər lenti