IMG-LOGO

Rusiyanın Xarkov vilayətinə zərbələri nəticəsində üç nəfər ölüb

06 Aug 2026 09:27 5 baxış
IMG

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Bakaleya şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Rusiyaya məxsus PUA-lar şəhərin fərdi yaşayış sektoruna zərbə endirib.

Zərbələr nəticəsində iki yaşayış evində yanğın olub.

Mənbə: report.az

Xəbər lenti