IMG-LOGO

UKMTO: Hörmüz boğazında tankerin yaxınlığında iki partlayış səsi qeydə alınıb

06 Aug 2026 09:37 4 baxış
IMG

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Omanın Qumzar şəhərindən 9 dəniz mili cənub-şərqdə baş vermiş insident barədə gecikmiş məlumat alıb.

Report xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.

"Tankerin kapitanı Hörmüz boğazından keçərkən iki partlayış səsi eşitdiyini bildirib. Ekipaj və gəmi təhlükəsizlikdədir. Ekoloji zərər qeydə alınmayıb", - məlumatda bildirilib.

Mənbə: report.az

Xəbər lenti