IMG-LOGO

CNN: Kommersiya gəmilərinin Hörmüz boğazı vasitəsilə hərəkəti bərpa olunub

06 Aug 2026 05:08 5 baxış
IMG

Son 24 saat ərzində ən azı 10 kommersiya gəmisi Hörmüz boğazından keçib.

"Report" xəbər verir ki, bu barədə CNN gəmi hərəkətlərini izləyən MarineTraffic xidmətinin məlumatlarına istinad edib.

Məlumata görə, yeddi yük gəmisi Fars körfəzinə, daha üç gəmi isə Oman körfəzinə doğru hərəkət edib. Bundan əlavə, son sutka ərzində azı 19 ticarət gəmisi Babül-Məndəb boğazını da keçib.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehran və Maskatın Hörmüz boğazı vasitəsilə yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdığını bildirib.

Mənbə: report.az

Xəbər lenti