IMG-LOGO

Vens: Netanyahu ilə aramızda fikir ayrılıqları olur

06 Aug 2026 05:42 5 baxış
IMG

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonla İsrailin Baş naziri Benyamin Netanyahu arasında bir sıra məsələlər üzrə fikir ayrılıqlarının olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

"İsrail əla tərəfdaşdır, ABŞ-ın müttəfiqidir. Lakin Fransa, Böyük Britaniya və ya ABŞ-ın digər müttəfiqləri ilə münasibətlərdə olduğu kimi, bəzən mövqelərimiz üst-üstə düşmür", - deyə Vens qeyd edib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının əsas vəzifəsi ölkənin maraqlarını qorumaqdır.

İranla münaqişənin həlli perspektivlərindən danışan vitse-prezident bildirib ki, o, sülh yolu ilə razılaşmanın əldə olunmasına töhfə verməyə çalışır. Bununla belə, Vensin sözlərinə görə, bu proses vaxt tələb edir və həmişə ardıcıl şəkildə inkişaf etmir.

Mənbə: report.az

Xəbər lenti