IMG-LOGO

Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb

05 Aug 2026 23:18 3 baxış
IMG

Bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub.

"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tbilisi qatarı Tbilisi Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı", - məlumatda qeyd olunub.

Mənbə: report.az

Xəbər lenti