IMG-LOGO

"Whatsapp"da çox yazışmaq sizi öldürə bilər

23.05.2024 12:53 74 baxış
IMG

SMS, "Whatsapp", "messenger" yazışma və video oyunlar insanın ölümünə səbəb olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya araşdırmaçıları bu qənaətə gəliblər.

Onlar müəyyən ediblər ki, belin əyilməsi və qamətin pozulması insan ömrünü qısaldır. Bu zaman ürək və tənəffüs orqanları düz işləmir. Eləcə də, telefonda çox vaxt itirmək piylənmə yaradır. Zaman keçdikcə qadjetlərdən istifadə edənlərdə əyri onurğa, qamət formalaşır. Bu isə orqanizmdə, başda qan dövranının pozulması olmaqla, ürəyi normadan çox yükləyir.

Bütün günü internet şəbəkələrə baxmaq, oyun oynamaq, elektron poçtda çox olmaq hiperkifoza səbəb olur. Kifoz isə ağciyər və ürək-damar problemlərini yaradır. Kifoz olan insan dərin diafraqmal nəfəs almır, ağciyər toxuması sıxılmış olur. Döş qəfəsi qabırğaları deformasiyaya uğrayır, ürək və ağciyərlər sıxılır. Təəssüf ki, bunu insanlar vaxtında görmür, xəbərdarlığı eşitmir. Telefon və internetdən asılı insanlar bu səbəblərdən daha erkən yaşda ölür.

Xəbər lenti