Arxipo-Osipovkaya PUA hücumu zamanı xəsarət alanların sayı 58-ə çatıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kubanın operativ qərargahı məlumat yayıb.
"Arxipo-Osipovkada PUA hücumu zamanı xəsarət alanların sayı artaraq 58-ə çatıb. 21 nəfər xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilib.
Aralarında 9-u uşaq olmaqla daha 37 nəfər ambulator müalicə alıb.
Avqustun 3-ü qubernator Veniamin Kondratyev bildirib ki, Gelencikin Arxipo-Osipovka kəndində pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, onların arasında 3 uşaq var.
Mənbə: report.az