Leninqrad vilayətində yerləşən "Wildberries" logistika obyektində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yanğın baş verib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Wildberries" və "Russ" (RWB) birləşmiş şirkətinin mətbuat xidmətindən bildirilib.
"Hücum nəticəsində şirkətin Krasnı Borda (Leninqrad vilayəti) yerləşən logistika obyektində yanğın olub. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Obyektdə əvvəlcədən təxliyə həyata keçirilib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - məlumatda bildirilib.
Cari tədarüklərin qəbulu müvəqqəti məhdudlaşdırılıb, onlar digər obyektlərə yönləndirilib.
Mənbə: report.az