IMG-LOGO

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli oldu

27 Feb 2026 22:12 4 baxış
IMG
0 0

Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.

Lent.az  xəbər verir ki, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.

Bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komanda qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

mini futbol avropa çempionatı

Xəbər lenti