IMG-LOGO

Zaqatalada avtomobillə motosiklet toqquşdu

29 Jul 2026 08:07 2 baxış
IMG
0 0

Zaqatala rayonunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi hərəkətdə olan minik avtomobili ilə motosikletin toqquşması nəticəsində baş verib.

Qəza zamanı motosikletin sürücüsü, rayonun Muğanlı kənd sakini, 70 yaşlı Yunus İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Zaqatala qəza motosiklet

Mənbə: lent.az

Xəbər lenti