IMG-LOGO

"Şöhrətin məni dəyişdirməsindən qorxuram" - Azərbaycanlı aktyor

28 Jul 2026 13:48 3 baxış
IMG
4 0

"Uzaq şəhər" serialında canlandırdığı Cihan Albora obrazı ilə tanınan Azərbaycan əsilli aktyor Ozan Akbaba uğur və şöhrət barədə fikirlərini bölüşüb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki,  aktyorun sözlərinə görə, həyat yalnız rahatlıq, uğur və xoşbəxtlikdən ibarət deyil, çatışmazlıqlar və çətinliklər də onun ayrılmaz hissəsidir.

Akbaba qeyd edib ki, insan etik və mənəvi dəyərlərdən uzaqlaşmadan, başqalarının hüquqlarına hörmət edərək yaşamalıdır. O hesab edir ki, hər şeyi yalnız öz maraqları üzərində qurmaq əvəzinə, həyatın həm gözəl, həm də çətin tərəflərini qəbul etmək insanı daha yetkin edir.

"Xoşbəxtlik nədir?" sualını cavablandıran aktyor hazırda həyatının xoşbəxt dövrünü yaşadığını deyib. Onun fikrincə, xoşbəxtlik yalnız peşəkar uğurla ölçülmür. Ailəsinin sağlam olması, sevdiklərinə dəstək ola bilmək və onlarla möhkəm münasibətlər qurmaq ən böyük xoşbəxtlikdir.

Ozan Akbaba əlavə edib ki, insanlar tərəfindən etibarlı və yaxşı insan kimi tanınmaq da ona böyük məmnunluq verir. Bununla yanaşı, son illər artan məşhurluğun onu dəyişdirə biləcəyindən narahat olduğunu etiraf edib.

"Şöhrətin məni dəyişdirməsindən qorxuram. Səmimiyyətimi, təbii davranışlarımı və olduğum kimi qalmaq azadlığımı itirmək istəmirəm", – aktyor vurğulayıb.

azərbaycanlı aktyor maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti