IMG-LOGO

Şakiradan uşaqların gələcəyi ilə bağlı əhəmiyyətli bir addım

27 Jul 2026 17:39 4 baxış
IMG
11 0

Dünyaca məşhur müğənni Şakira Dünya çempionatının rəsmi mahnısı olan "Dai Dai"dən əldə edəcəyi gəliri xeyriyyə üçün xərcləyəcək. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, sənətçi müəllif qonorarını uşaqların təhsilinə bağışlayacağını açıqlayıb.

Uzun illərdir ehtiyacı olan uşaqların təhsil almasına dəstək göstərən müğənni bu təşəbbüsü ilə Dünya çempionatı ətrafında yaranan həyəcanı sosial məsuliyyət layihəsinə çevirib.

Şakiranın qərarı sosial şəbəkələrdə də müsbət qarşılanıb və çoxsaylı istifadəçilər tərəfindən alqışlanıb. Bu təşəbbüsün minlərlə uşağın təhsil imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.

DÇ-2026 müğənni maqazin xəbərləri şakira

Mənbə: lent.az

Xəbər lenti