İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.
Hava proqnozuMənbə: lent.az