Avtoidman və fotoqrafiyaya marağı ilə tanınan Çexiya prezidenti Petr Pavel “Formula –“1 Macarıstan “Qran prisi”ndə fotojurnalist kimi çalışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Formula - 1” Dünya çempionatının Macarıstan “Qran prisi” zamanı yarışlarla yanaşı, trasın yaxınlığındakı paddok ərazisində də qeyri-adi bir hadisə baş verib. Çexiya prezidenti Petr Pavel həftə sonu yarışını protokol üzvü kimi deyil, FIA akkreditasiyasına malik rəsmi fotojurnalist kimi işıqlandırıb.
64 yaşlı Çexiya lideri uzun müddətdir fotoqrafiyaya olan həvəsini davam etdirərək Hunqarorinqə gəlib və tam təchiz olunmuş avadanlıqları olan kamerasını götürüb. Paveli trasda məşhur Çexiya “Formula -1” fotoqrafı İrji Krenek müşayiət edib.
Petr Pavel ilə trasda qarşılaşan Macarıstanın baş naziri Peter Magyar sosial media hesabında sürprizini paylaşıb. Pavel ilə çəkilmiş şəklini paylaşan Madyar şərhində yazıb: "Bu gün Hunqarorinq trasında tanış olduğum fotoqrafın kim olduğunu bilirsinizmi? Bu, Çexiya respublikasının prezidenti Petr Paveldir; o, hobbi fotoqraf kimi şəxsi səfərdədir".
Çexiya prezidenti, eyni zamanda NATO Hərbi komitəsinin keçmiş sədri Pavel fotoqrafiya sahəsində ilk təcrübəsini yaşamır. Ötən ilin iyun ayında o, həmçinin əfsanəvi Le-Man 24 saatlıq yarışını fotoqraf kimi işıqlandırıb. Pavel əvvəllər Brnoda MotoGP və Dünya Superbike yarışlarını, eləcə də ABŞ-da NASCAR tədbirini və Səudiyyə Ərəbistanında Dakar rallisini çəkib.
Petr Pavel prezident Çexiya Respublikası "Formul-1" yarışı fotojurnalist



Mənbə: lent.az