Zaqatalada baş verən dəhşətli qəza ilə bağlı yeni görüntülər əldə olunub.
Lent.az həmin görüntüləri təqdim edir:
***
17:39
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquması nəticəsində bir nəfərin öldüyü, yaralananların olduğu bildirilir.



