IMG-LOGO

Bakının bu rayonlarında iki gün su problemi olacaq

13 May 2024 17:51 159 baxış
IMG

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 14-16-da kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq. Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Qeyd edilir ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Mənbə: lent.az

Xəbər lenti