IMG-LOGO

Milyarderin 15 yaşlı oğlu müəmmalı şəkildə öldü: surroqat ana vasitəsilə doğulmuşdu

27 Mar 2026 14:50 5 baxış
IMG
3 0

Milyarder investor Ronald Perelmanın 15 yaşlı oğlu Oskar Perelman qeyri-müəyyən şəraitdə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Oskar 2010-cu ildə anadan olub və Perelmanla həyat yoldaşı Anna Çapmanın ilk övladı idi. Uşaq surroqat ana vasitəsilə dünyaya gəlib, çünki milyarderin sözlərinə görə, onların təbii yolla uşaq sahibi olmaqda müəyyən çətinlikləri olub. 

“Onlar çoxdan uşaq istəyirdilər. Dostları deyir ki, uşaq doğulanda Ronaldı heç vaxt bu qədər xoşbəxt görməmişdilər”, — deyə ailəyə yaxın mənbə bildirib.

Ronald Perelman və Anna Çapman

Ronald Perelman milyarderin oğlu müəmmalı ölümlər

Xəbər lenti