IMG-LOGO

Əfsanəvi ABBA geri qayıdır

10 May 2024 15:27 135 baxış
IMG

50 il əvvəl “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi olan əfsanəvi ABBA qrupu sosial şəbəkədə yenidən böyük səhnəyə qayıtmasını elan edərək, pərəstişkarlarına sevinc yaradıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABBA-nın “Avroviziya 2024”-ün möhtəşəm finalında iştirak edəcəyi gözlənilir.

Qrupun rəsmi səhifələrində yayımlanan qısa videoda ABBA üzvləri pərəstişkarlarına "Dostlar, qayıtdıq! Bizim üçün darıxdınız? Çünki biz sizin üçün darıxdıq!" şəklində müraciət ediblər.

Qayıdış formatı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. 

ABBA-nın  müsabiqənin finalında çıxışı, şübhəsiz ki, sensasiyaya çevriləcək və bütün dünyada milyonlarla pərəstişkarına unudulmaz emosiyalar bəxş edəcək.  

Mənbə: lent.az

Xəbər lenti