Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir.
"Report" xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.
33 yaşlı yarımmüdafiəçi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri matçdan əvvəl fikirlərini bölüşüb:
"2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddətdir qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq".
Qeyd edək ki, qarşılaşma martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.