Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Kamalov Bahadur Məhəmməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Kəlbəcər rayonunun Zar kəndində dəfn olunub.
Qeyd edək ki, Kamalov Bahadur Məhəmməd oğlu 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.
1993-cü il aprelin 5-də Kəlbəcər rayonu, Murovdağ silsiləsində itkin düşüb.
***
14:24
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Murad oğlu Əliyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid hərbçi ilə Füzuli rayonunun İkinci Mahmudlu kəndində vida mərasimi keçirilib.
Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında dəfn olunub.
Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
***
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhid hərbçi ilə anadan olduğu Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Goranboy rayonunun Sarov kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Goranboy rayonun İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Mərasimdə hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Əhmədov Rauf Əjdər oğlu 1969-cu ildə Goranboy rayonun Sarov kəndində doğulub. 1993-cü ildə Ağdərə rayonu ərazisində, Sərsəng Su anabarı yaxınlığında itkin düşüb. Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşinin qalıqları ailəsinə təhvil verilib.
***
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları bu gün doğulduğu Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, kənddə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.
Vida mərasimindən sonra şəhid Dəyanət Müsayevin qalıqları doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Dəyanət Müsayev 1973-cü ildə Ucar rayonu, Boyat kəndinə doğulub. 1994-cü ilin fevralında Murovdağ silsiləsində itkin düşüb.
Onun qalıqları itkin düşdüyə ərazidə aşkar edilib. Ekspertiza nəticələri təsdiqləndikdən sonra bu barədə ailəyə rəsmi məlumat verilib.
itkin şəhidlər



Mənbə: lent.az